SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün axşam saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS-in məlumatına görə, Hadisə Bakının Xətai rayonunda baş verib. Belə ki, Gəncə prospektində "Hyundai" markalı avtomobil işıq dirəyinə çırpılıb.

Qəzadan sonra avtomobil yanmağa başlayıb. Hadisə yerinə FHN-nin Yanğından mühafizə idarəsinin əməkdaşları cəlb edilib. Avtomobilin mühərrik və salon hissəsində yanar konstruksiyalar yanıb.

BAKU.WS