VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


İraq və Suriyada gedən döyüşlərdə 300 Azərbaycan vətəndaşı həlak olub

BAKU.WS-in trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.

S.Heydərov deyib ki, bu ölkələrdə radikal qrupların tərkibində döyüşlərdə iştirak etmiş 92 nəfər ölkəyə gətirilərək məsuliyyətə cəlb olunub:

"İraq və Suriyada bu qrupların tərkibində iştirak etmiş 260 nəfər də müəyyənləşdirilib və onlar vətəndaşlıqdan çıxarılıb".

S.Heydərov əlavə edib ki, İraq və Suriyada döyüşlərdə iştirak etmiş bir qisim Azərbaycan vətəndaşı isə üçüncü ölkələrdə gizlənirlər.

Onun sözlərinə görə, həmin şəxslərin də müəyyən edilərək ölkəyə gətirilməsi istiqamətində işlər aparılır.

BAKU.WS