SİZİN REKLAM BURADA!
055 213 76 73



Daxili işlər orqanları 2017-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 18 xarici ölkə vətəndaşını tutub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Daxili İşlər Nazirliyinin (DİN) narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı təqdim etdiyi hesabatda əksini tapıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı saxlanılanların 7-i İran, 7-i Rusiya, 3-ü Gürcüstan, 1-i Qazaxıstan vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından çəkisi 36 kq 741,212 qr (30,9 kq tiryək, 929,9 qr heroin, 4,8 kq marixuana, 50,290 qr həşiş,) narkotik vasitələr və 9,366 qr metamfetamin psixotrop maddəsi götürülüb.

BAKU.WS