SİZİN REKLAM BURADA!
055 213 76 73



Paytaxtda marşrut avtobusu ölümlə nəticələnən yol qəzası törədib.

BAKU.WS lent.az-a istinadən bildirir ki, Sabunçu rayonu ərazisində - Şəhər şosesində, "Koroğlu" metrostansiyası ilə Zabrat qəsəbəsi arasında sərnişin daşıma ilə məşğul olan 148 saylı marşrut avtobusu yolu küçən yaşlı kişini vurub. "İsuzu" markalı, 90 RJ 388 dövlət qeydiyyat nişanlı avtobusun vurduğu piyada hadisə yerində ölüb.

Araşdırmalar zamanı məlum olub ki, ölən şəxs 1940-cı il təvəllüdlü Yadigarov Şıxməmməd Xəlil oğludur.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

BAKU.WS