VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Almaniyada çoxsaylı oğurluq etmiş azərbaycanlı və gürcü saxlanılıb.

Saxlanılan 43 yaşlı qadın və 46 yaşlı kişi Manhaym şəhərində brend geyim və parfümeriya mağazalarından 5 dəfə oğurluq edib. Oğurlanmış əşyaların dəyəri 6800 avrodan çoxdur.

Saxlanılmış şəxslərin sonuncu oğurluğu nəzarət kameraları ilə qeydə alınıb və onlar cinayət başında tutulub. Onların evində axtarış zamanı oğurlanmış əşyalar aşkar olunub.

Məhkəmə cütlüyün həbsi barədə qərar qəbul edib. Onların digər oğurluq faktları ilə əlaqəli olub olmadıqları araşdırılır.

BAKU.WS