SİZİN REKLAM BURADA!
055 213 76 73



Tovuzda toya gedən mikroavtobus qəzaya uğrayıb.

BAKU.WS Trend-ə məlumatına görə, Goranboy rayonundan gələn Ford markalı mikroavtobus Tovuz rayonunun Böyükqışlaq kəndi ərazisində idarəetməni itirərək aşıb. Hadisə nəticəsində 3 nəfər ağır xəsarət alıb.

Goranboy rayon sakinləri, 1999-cu il təvəllüdlü Xeyrullayeva Zinyət Halay qızı, 1951-ci il təvəllüdlü Əliyeva Səmayə Dünyamalı qızı və 1967-ci il təvəllüdlü Qasımova Ceyran Mədət qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

BAKU.WS