VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Yanvarın 25-də saat 1 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yolu keçən Maştağa qəsəbə sakini Səlim Zülfüqarov müəyyən edilməmiş avtomobillə vurulub.

BAKU.WS-in lent.az-a istinadən verdiyi məlumata görə, naməlum avtomobilin vurduğu 31 yaşlı Səlim Zülfüqarov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “BMW” markalı avtomobillə törədildiyi müəyyən edilib. Görülmüş tədbirlərlə hadisə yerindən qaçan həmin nəqliyyat vasitəsinin sürücüsü - Bakı şəhər sakini Urxan Orucov saxlanılaraq istintaqa təhvil verilib.

Ölümlə nəticələnən qəzanı törədən və hadisə yerindən qaçan Urxan Orucov peşəkar idmançıdır. Kikboksinq və kunq-fu idman növlərində özünü sınamış 29 yaşlı Urxan 3 qat dünya, 8 qat Azərbaycan çempionudur.

BAKU.WS