VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Goranboyda 31 yaşlı rəqs müəllimi rəqqasə olmaq istəyən 16 yaşlı qızı qaçırıb.

BAKU.WS-in məlumatına görə, qızın valideynləri Mətanət və Campolad qızı Humay Cəlilovun tapılması üçün Xoşqədəm Hidayətıqızının “Səni axtarıram” veilişinə müraciət ediblər.

Humay yanvarın 2-də paltar və sənədlərini götürərək evdən çıxıb və naməlum istiqamətə gedib.

Araşdırmalar zamanı məlum olub ki, Humay 31 yaşlı rəqs müəllimi Orucun yanındadır. Humay yanvarın 2-dən bu günə qədər müəllimin yanında qalır.

Orucun atası Qənbər “Səni axtarıram” verilişinə zəng vuraraq qalmaqallı açıqlamalar verib.

BAKU.WS