VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanda daha bir jurnalist vaxtsız əcəlin qurbanı oldu. Tanınmış jurnalist Nicat Məlikov ötən axşam 39 yaşında vəfat edib. Məlumata görə, o, qəfil keçirdiyi infarktdan dünyasını dəyişib.

Jurnalistin qəfil ölümü təkcə onun ailə üzvlərini deyil, dostlarını və Nicatı tanıyan hər kəsi sarsıdıb.

BAKU.WS saytı müxtəlif səbəblərdən həyatdan erkən yaşlarda köçən, haqq dünyasına vaxtından tez qovuşan media işçilərini bir daha xatırladır. Bu dünyaya erkən vida edən həmin jurnalistlər yəqin ki, yaxınları ilə yanaşı, həmkarlarının da yaddaşında əbədiyyən qalıb.


Ceyhun Nağı 39 yaş.
2011-ci il avqustun 10-da jurnalust Ceyhun Nağı Azərbaycan mətbuatına daha bir itki oldu. Həmin gün o, səhər saatlarında evdən çıxarkən ürək ağrıları tutub və 6 saylı xəstəxanaya aparılıb. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb. 39 yaşlı jurnalistin ölümünə səbəb kimi ürək çatışmazlığı göstərilib.

Ceyhun Nağı “Yeni Müsavat”, “Gündəlik Azərbaycan”, “Bizim Yol” qəzetlərində, anspress.com portalında çalışıb. Sonuncu iş yeri isə “Həftə içi” qəzeti idi. Orada redaktor vəzifəsində çalışırdı. Ceyhun Nağı doğulduğu Tovuz rayonunun Düz Cırdaxan kəndində dəfn edilib. Onun bir qızı yadıgar qalıb.

26 fevral 2017-ci il tarixi də media əhlinə qanqaraçılıq gətirmişdi. Həmin gün tanınmış jurnalist Zabil Müqabiloğlu müalicə aldığı 1 saylı Şəhər Kliniki Xəstəxansında keçindi.

Jurnalist qaraciyər serrozundan əziyyət çəkirdi və fevralın 25-də axşam komaya düşmüşdü.

Zabil Müqabiloğlu 40 yaş.

Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildə mətbuata gəlmişdi. "525-ci qəzet", "Avropa", "Tərcüman", "Yeni Müsavat" qəzetlərində çalışıb. Gunxeber.com saytının baş redaktoru olub. Ailəli idi, bir oğlu qalıb.


İlqar Qulusoy 36 yaş

Qəfil ölüm “Lider” TV-nin müxbiri İlqar Qulusoyu 9 iyul 2016-cı ildə yaxaladı. Axşam saatlarında dostları ilə "Azərbaycan" Nəşriyyatının həyətindəki meydançada futbol oynayan İlqar qəfildən yıxılıb. Dostları nə baş verdiyini anlayana qədərsə, o, dünyasını dəyişib. İlqar Qulusoy ürəktutmasından vəfat edib.

Onun cənazəsi doğulduğu Naxçıvan torpağında dəfn edilib

Natiq Qədimov 40 yaş
Natiq Qədimov 1976-cı ilin iyul ayının 2-də Bakıda dünyaya göz açıb. Uzun müddətdir mətbuatda çalışırdı. İctimaiyyət onu daha çox bir vaxtlar ANS televiziyasında yayımlanan "İç Xəbər" və "Növbətçi" verilişlərindən tanıyıb. Əsasən kriminal xəbər aparıcısı və müxbiri idi.


Fuad Həsənov 42 yaş
1975-ci il təvəllüdlü F. Həsənov uzun müddət şəkər xəstəliyindən əziyyət çəkib. Bir müddət əvvəl insult keçirərək komaya düşüb. Bu gün müalicə aldığı xəstəxanada vəfat edib. F. Həsənov ailəlidir, dörd övladı var.

Tuncay
BAKU.WS