SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda içində 35000 manat və 18800 dollar olan seyfi oğurlayan şəxs tutulub.

ARB TV xəbər verir ki, Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ötən ilin sentyabr ayında baş verən və zərərçəkənə külli miqdarda ziyan vurmaqla törədilən oğurluq cinayətinin üstü açılıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini olan bir qadının yaşadığı evə qanunsuz daxil olaraq oradan içərisində 35000 manat və 18800 dollar olan seyfi oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Nicat İsrafilov saxlanılıb. N.İsrafilov istintaqa ifadəsində qeyd edilən evdən oğurluq etdiyini etiraf edib.

Nicat İsrafilov (saxlanılan şəxs): "Evin açarını tanıdığım bir şəxsdən oğurlamışdım. Sonra içəri girdim. Seyfi götürüb çıxdım. Açıb seyfdən pulu götürüb bir az xərclədim. Seyfi də çaya tulladım. 76 min pul var idi".

Qeyd edilən faktla bağlı Yasamal RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKU.WS