Türkiyə həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı zamanı Afrindən Türkiyənin Hatay şəhərinin Reyhanlı qəsəbəsinə 11 raket atılıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hava hücumu nəticəsində 1 nəfər ölüb, 47 nəfər yaralanıb. Raketin düşdüyü anları təhlükəsizlik kameraları qeydə alıb.

Qeyd edək ki, atılan 11 rakatedən 2-si boş əraziyə, 9-u isə sakinlərin yaşadığı əraziyə düşüb.

İman
BAKU.WS