SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda “Starbucks”da oğurluq hadisəsi baş verib. 

BAKU.WS-in əldə etdiyi məlumata görə, "Fəvvarələr meydanı"nda yerləşən kafedə xeyriyyə məqsədi üçün qoyulmuş "nəzir qutusu" oğurlanıb. 

Hadisə təxminən 10 gün əvvəl baş verib. Kassaya yaxınlaşan orta yaşlı kişi ətrafda insanların olmadığını fürsət bilib və içi pul dolu qutunu oğurlayıb.

Hadisədən işçilər təhlükəsizlik kamerasına baxdıqdan sonra xəbər tutub. 
 
Nazim
BAKU.WS