VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


3 yaşlı uşaq binanın 6-cı mərtəbəsindən yıxılıb. Hadisə ötən axşam saatlarında baş verib. Ağır vəziyyətdə xəstəxanaya aparılan uşaq xoşbəxtlikdən sağ qalıb.

Valideyn məsuliyyətsizliyi az qalsın ki, uşağın canı bahasına başa gələcəkdi.

6 -cı mərtəbədən yığılan 3 yaşlı uşaq ağır xəsarət alıb.

Hadisə Abşeron rayon Masazır qəsəbəsində baş verib. 2014-cü il təvəllüdlü Ağayev Əlmurad Nicat oğlu yaşadığı binanın 6-cı mərtəbəsindan yerə yıxılıb.

Azyaşlı otla örtülü torpaq qatının üzərinə düşdüyündən sağ qalıb. Ağır xəsarət alan azyaşlı əvvəlcə 1 saylı Kiliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin vəziyyəti orta-ağır olduğundan sonradan özəl klinikalardan birinə köçürülüb.

Xəstəxanadan verilən məlumata görə, uşağın vəziyyəti orta-ağır olaraq qalır. Hazırda onun müalicəsi davam edir.

Məlumata görə, uşağın anası onu yatan halda evdə qoyaraq mağazaya gedib. Evə qayıdarkən isə ağır mənzərənin şahidi olub. Bu fakt bir daha onu göstərir ki, bu cür azyaşlıları nəzarətsiz qoymaq olmaz. Əks halda faciə qaçılmaz ola bilər.

BAKU.WS