SİZİN REKLAM BURADA!
055 213 76 73



Tanınmış aparıcı Lalə Əlimuxtarova avtomobili idarə edərkən yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

BAKU.WS-in məlumatına görə, aparıcı yaşı 12-dən aşağı olan qızını maşının ön oturacağında əyləşdirib.

Bununla yanaşı Lalə Əlimuxtarova nə özünün, nə də qızının təhlükəsizlik kəmərlərini bağlamayıb.

Eyni zamanda aparıcı sükan arxasında etdiyi hərəkətləri telefonla kameraya çəkir. Lalə Əlimuxtarova avtomobil hərəkətdə olarkən gözünü tez-tez yoldan çəkir və telefonuna baxır.

Aparıcı yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla həm özünün, həm də övladının həyatını təhlükə altına atır.

BAKU.WS