VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ötən gecə Bakının Nizami rayonunda gəlin özünü öldürüb.

Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsindən BAKU.WS-ə verilən məlumata görə, hadisə Naxçıvani küçəsində qeydə alınıb.


Həmin ünvanda yaşayan 1993-cü il təvəllüdlü Nuranə Vasif qızı Panıyevanın meyiti mənzildən asılmış halda tapılıb.
Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunan zaman məlum olub ki, gəlin intihar edib.

 

Hələlik baş verən intiharın dəqqi səbəbləri bilinmir.

Hadisə barədə əlaqədar kütləvi informasiya vasitələrində qeyd olunub ki, qadının övladı olmurmuş. Bu səbəbdən də, o canına qıyıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Ziya Səccad

BAKU.WS