VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyədə "Pegasus Airlines"ə məxsus təyyarə Ankara-Trabzon reysini həyata keçirərkən qəzalı eniş edib.

BAKU.WS-in məlumatına görə, göyərtəsində 162 sərnişin olan təyyarə dünən axşam Trabzon hava limanına eniş edərkən eniş zolağından çıxıb və dərəyə düşüb. Xoşbəxtlikdən təyyarə palçığa batıb və böyük bir faciənin qarşısı alınıb. 

Təyyarənin yağan leysan yağışdan sonra enişində problem yarandığı güman edilir. "Pegasus" şirkəti də baş verən hadisəni təsdiqləyib.

"PC8622" nömrəli "Boeing 737-800" tipli təyyarədə qəza nəticəsində heç bir insan təlafatı baş verməyib. Təyyarədəki 162 sərnişin, 2-si pilot olmaqla 6 ekipaj üzvü təxliyə edilib.

Şahin
BAKU.WS