SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda Dövlət Yol Polisi İdarəsinin əməkdaşı qaydanı kobud şəkildə pozub.

BAKU.WS-in məlumatına görə, hadisə Xırdalan-Binəqədi-Balaxanı yolunda baş verib.

Hadisə şahidlərinin göndərdiyi videoda görünür ki, DYP əməkdaşı xidməti avtomobili ilə qadağan olunmuş yerdə ötmə əməliyyatını həyata keçirib.

Həmin vaxt yol polisinin avtomobilində sayrışan işıq siqnalı sönülü olub.

Qarşıdan maşın gəlmədiyi üçün qanunsuz ötmə əməliyyatı qəzasız həyata keçirilib.

BAKU.WS