SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Artıq 8 saata yaxındır ki, Azərbaycanla Gürcüstan arasında yerləşən "Sınıq körpü” sərhəd keçid məntəqəsində avtomobillərin ölkəyə buraxılmasında problem yaranıb.

BAKU.WS aznews.az-a istinadən xəbər verir ki, Gürcüstandan ölkəmizə avtomobillə keçən şəxslər Azərbaycan sərhədində lazımsız yoxlamalara məruz qalıblar. Bu da insanların saatlarla yubanmasına, böyük tıxacın yaranmasına səbəb olub.

Bu barədə hazırda sərhəd növbəsində qalan sürücülər məlumat verib. Onlar 500-dən çox avtomobilin 8 saatdır ki, soyuq hava şəraitində gözləmədə qaldıqlarını, bu saatlar ərzində heç 100 metr məsafə belə irəliləyə bilmədiklərini deyiblər. Səbəb kimi isə azərbaycanlı sərhədçilərin sənəd yoxlamasını ləng həyata keçirdiklərini göstərirlər.

Bununla yanaşı, sürücülər və onların avtomobilləri gömrük əməkdaşları, həmçinin sərhədçilər tərəfindən lazımsız yoxlamalara məruz qalıblar. Sürücülər üzləşdikləri durumla əlaqədar etiraz etsələr də, yoxlamanı həyata keçirən şəxslər vətəndaşların etirazlarına məhəl qoymurlar. Sərhədçilər avtomobillərin sayının çoxluğunu əsas gətirərək, vəziyyətin tezliklə aradan qaldırılmasının mümkün olmayacağını bildiriblər.
 
BAKU.WS