SİZİN REKLAM BURADA!
055 213 76 73



Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

BAKU.WS-in FHN-ə istinadla verdiyi məlumata görə, binanın 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 60 m2 olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 30 m2 olan digər 1 otaqlı mənzilin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Şahin

BAKU.WS