VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda güclü külək zamanı daş hasar gənc oğlanın üzərinə aşıb

BAKU.WS report.az-a istinadən bildirir ki, hadisə Binəqədi rayonunda baş verib

Belə ki, Biləcəri qəsəbəsində 1992-ci il təvəllüdlü Əliyev Əhməd Fərman oğlu yol kənarı ilə hərəkət edən zaman güclü küləyə tab gətirməyən daş hasar uçub. Nəticədə daşlar Ə.Əliyevin üzərinə düşüb. O, xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlər Ə. Əliyevin vəziyyətini orta-ağır kimi qiymətləndirir.

BAKU.WS