SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ötən gün axşam saatlarında Badamdar qəsəbəsində, Bakı şəhər Baş Polis İdarəsinin qarşısında avtomobil yanıb.
 
"Audi” markalı avtomobil yanaraq külə dönüb. Xoşbəxtlikdən hadisə zamanı sürücü xəsarət almayıb.

Musavat.com-un məlumatına görə, ilkin ehtimal kimi avtomobilin yanmasının səbəbi mühərrikdə elektrik naqillərinin alışması göstərilir.

Hadisə yerinə FHN və polis əməkdaşları cəlb olunub. Yanğın saat 16:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Avtomobilin kimə məxsus olduğu hələlik məlum deyil.
 
BAKU.WS