Ötən gün axşam saatlarında Badamdar qəsəbəsində, Bakı şəhər Baş Polis İdarəsinin qarşısında avtomobil yanıb.
"Audi” markalı avtomobil yanaraq külə dönüb. Xoşbəxtlikdən hadisə zamanı sürücü xəsarət almayıb.
Musavat.com-un məlumatına görə, ilkin ehtimal kimi avtomobilin yanmasının səbəbi mühərrikdə elektrik naqillərinin alışması göstərilir.
Hadisə yerinə FHN və polis əməkdaşları cəlb olunub. Yanğın saat 16:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Avtomobilin kimə məxsus olduğu hələlik məlum deyil.
BAKU.WS