Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik, keçmiş deputat Abel Məhərrəmova ağır itki üz verib.

BAKU.WS
Modern.az-a istinadən xəbər verir ki, A. Məhərrəmovun qardaşı Məhərrəm Məhərrəmov bu gün vəfat edib. O, bir ay öncə ürəyindən əməliyyat olunubmuş. Məlumata görə M.Məhərrəmov ürək tutmasından dünyasını dəyişib. Xəbəri Modern.az-a BDU-dan təsdiqləyiblər.

Mərhum sabah Mehdiabad qəbiristanlığında dəfn olunacaq. Mərhumun atası və anası da eyni qəbiristanlıqda dəfn olunub. Hüzr mərasimi yanvarın 8-də Heydər Məscidində olacaq.

M.Məhərrəmov 1956-cı ildə anadan olub. O, Prezident Adminstrasiyasında məsul vəzifədə idi. M. Məhərrəmov 2008-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüb. Eyni zamanda 2016-cı ildə ölkə başçısının sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

BAKU.WS