VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycan sərhədçiləri İŞİD terror təşkilatına qoşulmaq məqsədi ilə Suriyaya getmək istəyən Rusiya vətəndaşını saxlayıblar.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən BAKU.WS-ə verilən məlumatda bildirilir ki, Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 26 oktyabr 2015-ci il tarixdə "Baki-İstanbul” aviareysi ilə İŞİD terror təşkilatına qoşulmaq məqsədi ilə Suriyaya getmək istəyən Rusiya Federasiyası vətəndaşı, Sankt-Peterburq şəhər sakini 30.06.1989-cu il təvəllüdlü Ziyadxanov Əhmədxan İdrisoviç saxlanıl­ıb.

Araşdırma zamanı Ə.Ziyadxanovun əvvəllər oğurluq və soyğunçuluğa görə 2 il 6 ay RF-də həbsdə olması, azadlığa çıxdıqdan sonra isə radikal dini qruplaşma üzvləri ilə əlaqəyə girərək İŞİD terror təşkilatına qoşulmaq üçün AR və Türkiyə ərazisindən tranzit istifadə etmək niyyətində olması müəyyənləşdirilib.

Fakt üzrə araşdirmalar davam etdirilir.
 
BAKU.WS