SİZİN REKLAM BURADA!
055 213 76 73



Obyekt üstündə bacanaqlar arasında yaşanan mübahisə bıçaqlanma ilə yekunlaşıb.

Hadisə Səbail rayonu, Şıx qəsəbəsində baş verib. Sumqayıt şəhər sakini, 29 yaşlı Anar Əbilov Şıx qəsəbəsində öz obyektində bacanağı ilə mübahisə edib. Əlbəyaxa dava zamanı Anar Əbilov bıçaqlanıb. Hirsi soyumayan bacanağı Anarın burnunu dişləyərək qoparıb.

Yaralı yaxınları tərəfindən Sumqayıt şəhər Təcili və Tibbi yardım xəstəxanasına aparılıb və əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, Anar Əbilov çoxlu qan itirdiyindən vəziyyəti ağırdır.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS