Bu gün saat 18:00 radələrində Ələt-Astara magistral avtomobil yolunun Cəlilabad rayonunun Göytəpə şəhərindən keçən hissəsində 2 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1966-cı il təvəllüdlü rayon sakini Bədirov Qabil İsrafil oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə Göytəpə şəhər sakinləri - 1956-cı il təvəllüdlü Qafarov Qəhrəman Yusif oğlu və Qurbanov Rafiq Səxavət oğlunu vurub.

Yaralılar müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Sürücü Q.Bədirov rayonun Privolnoye bələdiyyəsinin üzvüdür.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS