SİZİN REKLAM BURADA!
055 213 76 73



Biləsuvarda xəstəyə dəymək adı ilə qohumları tərəfindən evdən aparılan ana və övladı döyülərək bıçaqlanıb.

“Report”un Aran bürosu xəbər verir ki, Aranlı kənd sakinləri İbayev Şahəli və İbayev Kainat əmisigilə gələrək atalarının xəstə olduğunu deyiblər.

Ev sakinlərindən Həsənəli İbayev əmisinə dəymək üçün anası ilə birlikdə elə öz doğmalarının maşınına minib evdən çıxıblar. Kainat və Şahəli İbayevlər gedəcəkləri yolu dəyişərək avtomobili başqa istiqamətə sürüblər. Daha sonra çöllük sahədə avtomobili saxlayaraq Həsənəli İbayevi avtomobildən salaraq döyməyə başlayıblar.

Övladının döyüldüyünü görən Şölə İbayeva tərəfləri ayırmaq istədikdə o da həmin şəxslər tərəfindən döyülüb. Qadına və övladına bıçaq xəsarətləri yetirilib. Yaralı halda xəstəxanaya çatdırılan hər iki şəxsə ilkin tibbi yardım göstərilib.

5 bıçaq xəsarəti alan 23 yaşlı Həsənəli İbayevin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı polisə məlumat verilib.

Qeyd edək ki, hadisəni törədənlər zərəçəkmiş Həsənəli İbayevin əmisi oğlanlarıdır.

BAKU.WS