SİZİN REKLAM BURADA!
055 213 76 73



Daxili İşlər Nazirliyi Goranboy rayonunda baş vermiş kütləvi dava ilə bağlı məlumat yayıb.

Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, yanvarın 4-də Goranboy rayonunun Dəliməmmədli şəhərindən rayon sakinləri Zülfi Cəbrayılov, Zeynalabdin Həsənov, Fəxrəddin Məmmədov, Anar Hətami və Nicat Əliyev kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib, Z.Cəbrayılov orada ölüb.

Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakinləri Ülvi Hasilov, Samir Rəsulov, Ağdaş rayon sakini Ürfət Abdullayev və Yevlax rayon sakini Elməddin Sultanov saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

BAKU.WS