SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Xətai rayonunda gənclər arasında kütləvi dava olub. BAKU.WS APA-ya istinadən xəbər verir ki, insident NZS qəsəbəsi, Nobel prospektində baş verib.
 
Gənclərin əlbəyaxa davası 1993-cü il təvəllüdlü Əliyev Sənan Səfər oğlunun bıçaqlanması ilə bitib. O, ətrafdakıların köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və dərhal əməliyyat edilib. Müəyyən edilib ki, bıçaq xəsarətləri S.Əliyevə döş qəfəsindən və qarnından yetirilib. Xəstəxanaya gətirilərkən vəziyyəti ağır olub.
 
Bıçaqlanma ilə bağlı Xətai polisinə məlumat verilib. Hadisənin iştirakçısı olan bir neçə nəfərin polis tərəfindən saxlanıldığı bildirilir.

BAKU.WS