VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Goranboyun Dəliməmmədli qəsəbəsində kütləvi dava olub. BAKU.WS APA-ya istinadən xəbər verir ki, dava zamanı bir neçə nəfər bıçaqlanıb. Qətlə yetirilənin olduğu bildirilir.

Yaralılar Gəncədəki xəstəxanalara yerləşdiriliblər. 

Kütləvi dava zamanı bıçaq xəsarətləri alanlardan iki nəfərin kimliyi bəlli olub. Onlar Dəliməmmədli qəsəbə sakinləri 1995-ci il təvəllüdlü Hatəmi Anar Azad oğlu və 1996-cı il təvəllüdlü Cəbrayılov Zülfüqardır.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

BAKU.WS