VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Quba rayonu istiqamətində itkin düşmüş "Gilavar" hava və ekstrim idman klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadənin Qəbələ rayonu ərazisindəki axtarışları nəticə verməyib.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Gilavar" hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımov bildirib.

Onun sözlərinə görə, Qəbələdə axtarışlar fasiləsiz aparılsa da, nəticə verməyib: "Artıq biz qayıtmışıq. Qubanın Xınalıq istiqamətində Fövqəladə Hallar Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları axtarışları davam etdirir. Biz də həmin axtarışlara qoşulacağıq. Məndə olan məlumatlara görə, hələ ki axtarışlardan müsbət nəticə əldə edilməyib".

Z.Qasımov bildirib ki, hazırda Qəbələ rayonu ərazisində də axtarışlar davam etdirilir: "Qəbələdə hazırda alpinistlərin ailə üzvləri və yaxınları da axtarışlara qoşulub".

Xatırladaq ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətinə hərəkət edərkən onlarla əlaqə kəsilib.

BAKU.WS