VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda gözəllik salonu qarət edilib.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə veilən məlumata görə, yanvarın 1-də saat 1 radələrində Nəsimi rayonu ərazisindəki gözəllik salonlarından birinə gəlmiş naməlum şəxs kassadan içərisində 5000 manat və müxtəlif kartlar olan pulqabını soyğunçuluq yolu ilə aparıb.

Aparılmış əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Ağadadaş Ağayev Nəsimi rayon Polis İdarəsi Post Patrul Xidməti bölüyü və rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

BAKU.WS