SİZİN REKLAM BURADA!
055 213 76 73



“Gilavar” hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızının, Hüseynov Babur Vaqif oğlunun və Bünyatzadə Namin Nizami oğlunun axtarışlarına Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi təyinatlı avadanlıqla təchiz edilmiş mütəxəssisləri də qoşulub.

BAKU.WS-in məlumatına görə, bu barədə Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı Əməliyyat Qərargahı məlumat yayıb.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “Mi-17” helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi, xüsusi təlim keçmiş itlər və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir.

BAKU.WS