VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı Əməliyyat Qərarqahının məlumat yayıb.

Qərragahdan BAKU.WS-ə verilən məlumata görə, Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və xüsusi təlim keçmiş itlər, peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir. Qeyd edək ki, bu gün səhər saatlarından Xüsusi Riskli Xilasetmə Xidmətinin əlavə 10 nəfər dağ-xilasedicisi axtarışlara cəlb olunub.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.

BAKU.WS