VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Masallıda 3 otaqlı ev yanıb.

BAKU.WS
Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir ki, Masallı rayonu, Qəzvinoba kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 40 kv.m sahədə və dam örtüyü 60 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 23:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

BAKU.WS