SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Sabunçu rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, avtoqəza Heydər Əliyev prospektində, Sabunçu dairəsi yaxınlığında qeydə alınıb.

Eyvazzadə Eltürk Elmar oğlu idarə etdiyi "VAZ 2172" (Lada Priora) markalı avtomobillə keçmiş "Komsomol" dairəsi istiqamətində hərəkətdə olan zaman idarəetmədən çıxan nəqliyyat vasitəsi dəmir çəpərlərə çırpılıb.

Məlumata görə, sürücü Bakıxanov qəsəbəsinə aparan Elşən Mehdiyev küçəsinə dönmək istəyib və bu vaxt dönmə manevrini düzgün seçmədiyi üçün qəza qaçılmaz olub.

Hadisə nəticəsində sürücü özü və yanında olan bir sərnişin yüngül xəsarət alıb. Yol qəzasının təfərrüatlarını isə Sabunçu polisi araşdırır.

BAKU.WS