VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda Əhmədlidə yaşayan 14 yaşlı Zəfər Hüseynov tapılıb.

​Bu barədə BAKU.WS-ə 17 nömrəli tam orta məktəbdən məlumat verilib.

Qeyd olunur ki, məktəbin bir nəfər VIII sinif şagirdi dekabrın 26-da dərslərdə iştirak edib, dərsdən sonra əlavə məşğələdə olub.

Dərsdən sonra evə getmək üçün məktəbdən çıxıb.

Axşam saatlarında məlum olub ki, uşaq evə getmədiyi üçün valideynləri polisə müraciət ediblər.

Onu da qeyd edək ki, həmin şagird məktəbdaxili nizam-intizam qaydalarına əməl edən və orta tədris göstəricilərinə malik şagirddir.

Uşaq polis tərəfindən tapılıb ailəsinə təhvil verilib.

BAKU.WS