SİZİN REKLAM BURADA!
055 213 76 73



Qəbələ rayonunda yerləşən otellərdən birində qalan ərəb turist ölüb.

BAKU.WS “Report”a istinadla xəbər verir ki, hadisə “Qafqaz Sport Hotel”də qeydə alınıb.

Məlumata görə, BƏƏ vətəndaşı, 1940-cı il təvəllüdlü Ayişə Məhəmmədin oteldə meyiti tapılıb.

Ölümün səbəblərinin müəyyənləşdirilməsi üçün Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.

BAKU.WS