SİZİN REKLAM BURADA!
055 213 76 73



Şəmkir rayonunda itkin düşən azyaşlı bacılar tapılıb.

BAKU.WS-in “Report”un Qərb bürosuna istinadən verdiyi məlumata görə, uşaqların qardaşının sinif yoldaşıgilə getdikləri məlum olub.

2008-ci il təvəllüdlü Məmmədova Minurə Xəqani qızı və onun bacısı, 2005-ci il təvəllüdlü Aişə Məmmədova Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən valideynlərinə təhvil veriliblər.

Qeyd edək ki, azyaşlı bacıların itməyi ilk dəfə deyil. Onlar bir müdət əvvəl də itkin düşübmüş.

BAKU.WS