VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda “Opel Vectra” markalı avtomobil 623 km/saat sürətlə radara düşüb.

BAKU.WS-in məlumatına görə, bu barədə sürücüyə göndərilən MMX protokolunda qeyd olunub.

Məlumata görə, “Opel”in sürücüsü Bilgəh-Nardaran-Pirşağı yolunun 2.2 kilometrliyində radara düşüb.

Qeyd olunur ki, sürət həddi 110 km/saat olan yolda “Opel Vectra” markalı maşın 623 km/saatla hərəkət edib.

Məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verən Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov sürücünü narahat olmamağa çağırdı.

O bildirib ki, sürücüyə göndərilən MMX protokolunda qeyd olunan sürət həddi texniki səhv nəticəsində qeydə alınıb.

“Başa düşülür ki, “Opel Vectra” 623 km/saatla hərəkət edə bilməz. Sadəcə texniki səhv olub. Sürücü narahat olmasın, buna görə cərimələnməyəcək. Mərkəzdə avtomobilin hansı sürətlə hərəkət etdiyi qeyd olunur”, - deyə Vaqif Əsədov bildirdi.

BAKU.WS