SİZİN REKLAM BURADA!
055 213 76 73



Cəlilabad rayonunda itkin düşən iki məktəbli tapılıb.

BAKU.WS xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, Xalid Əliyev və həmyaşıdı İsmayıl Əmənov bu gün Bakı şəhərində tapılıblar.

Məlumata görə, hər iki şəxs Bakının mərkəzi “Nizami” küçəsində tapılıb.

Uşaqlar evdən getmələrinin səbəbini Yeni il bayramını Bakıda keçirmək istəyi ilə izah ediblər. Onların Bakıdakı hotellərin birində gecələdiyi məlum olub.

Qeyd edək ki, Cəlilabad şəhərindəki Zərifə Əliyeva adına 7 saylı tam orta məktəbin 9-cu sinif şagirdləri Xalid Əliyev həmyaşıdı İsmayıl Əmənovla birgə dekabrın 21-də dərsə getmək adı ilə evdən çıxıb, geri qayıtmayıblar.

BAKU.WS