VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyənin Qaziantep şəhərində bir nəfər şəxsi qaçırıb işgəncə verən və daha sonra qadın paltarı geyindirən 4 nəfər saxlanılıb.

BAKU.WS-in məlumatına görə, polis şübhəli şəxsləri saxladıqdan sonra hadisənin təfərrüatları məlum olub. 

Fehmi (ad şərtidir) sosial şəbəkə vasitəsi ilə Esma (ad şərtidir) adlı qadınla tanış olub. Daha sonra Qaziantepə gələn şəxs qadın əri və dostları tərəfindən tutulub. Femi təcavüzə uğradığını, ona işgəncə verildiyini, pul və cib telefonunun qarət olunduğunu iddia edib. Zərərçəkən şəxsə qadın alt paltarı geyindirilib və sosial şəbəkədə görüntüləri yayılıb.

Hadisədən sonra polis əməkdaşları hərəkətə keçib və hadisədə əli olan 4 nəfər saxlanılıb. Xəstəxanada müayinədən keçdikdən sonra şübhəli şəxslər məhkəməyə aparılıb. 

Nazim
BAKU.WS