SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda ağaclar kəsilərək yerində ticarət mərkəzi tikilir.

BAKU.WS-in əməkdaşının verdiyi məlumata görə, hadisə “Əhmədli” metrostansiyasının yaxınlığında baş verir.

Hazırda tikinti işləri davam etdirilir.

Ərazidə yaşayan sakinlər isə bundan narazıdırlar. Yaşıllıqların məhv edilməsi və yerində ticarət mərkəzinin tikilməsi sakinləri narahat edir.

Ticarət mərkəzinin tikintisinə bir neçə gün əvvəl başlanılıb.

Tuncay
BAKU.WS