SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda səhər saatlarında "SHACMAN” markalı yük maşını qəzaya uğrayıb.


BAKU.WS
-in məlumatına görə, hadisə Zığ yolunda qeydə alınıb. Yüksək sürətlə hərəkət edən maşının əyləc sistemi işləməyib. Sürücü avtomobili kənara çəkmək istəyib. Nəticədə avtomobil yol kənarında quraşdırılan dəmir maneəyə çırpılıb. Avtomobil 30 metr ərazidəki dəmir maneəni dağıdıb.


Avtomobilə də ziyan dəyib. Xoşbəxtlikdən qəza zamanı sürücü xəsarət almayıb.


FOTO: İradə Cəlil


Ziya Səccad

BAKU.WS