VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyənin sabiq baş naziri Məsud Yılmazın oğlu Yavuz Yılmaz evində ölü tapılıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Türkiyə KİV-i xəbər yayıb.

Qeyd olunur ki, Yavuz Yılmazın bədənində odlu silahdan açılan güllə yaraları olub.

Ehtimal edilir ki, sabiq baş nazirin oğlu qətlə yetirlib.

ABŞ-da olan Məsud Yılmaz oğlunun ölüm xəbərini eşidən kimi Türkiyəyə qayıdıb.

Hazırda polis fakta bağlı araşdırma aparır.

38 yaşında olan Yavuz Yılmazın tək yaşadığı bildirilir.

BAKU.WS