055 213 76 73
Bakının Xəzər rayonu, Binə qəsəbəsində 22 yaşlı gənc intihara cəhd edib. APA TV-nin xəbərinə görə, hadisə Əli İsazadə küçəsi, 1 ünvanında qeydə alınıb. 1995-ci il təvəllüdlü Sadiqov Сavid Sevindik oğlu əlində bıçaq həmin ünvanda yerləşən beşmərtəbəli binanın damına qalxaraq, intihar edəcəyini bildirib.
Hadisə yerinə polis əməkdaşları və FHN-in xilasediciləri cəlb edilib. Ərazidə təhlükəsizlik tədbirləri görülüb. Xilasedicilərdən ibarət xüsusi qrup psixoloji söhbət aparmaqla Cavidi fikrindən daşındırmağa çalışıb. Anası Zərnişan Rüstəmovanın dediklərinə görə, Cavidin Emin adlı 17 yaşlı qardaşı may ayının 21-də müəmmalı şəkildə ölüb. Rayon prokurorluğu tərəfindən onun da özünü həmin binanın damından ataraq intihar etdiyi açıqlanıb. İntiharın istintaqından narazı qalan Сavid eyni üsulla etirazını çatdırmaq istəyib.