VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhəri, Nizami rayonu, Rüzgar Qasımov küçəsi, dalan 2 ünvanında mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan BAKU.WS-ə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu məlumat əsasında həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə İşıq idarəsinin həyətinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 130 mm-lik top mərmisi (S-482) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əməliyyat Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilib.

BAKU.WS