VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Bakının Binəqədi rayonunda yenə də intihara cəhd hadisəsi qeydə alınıb.


BAKU.WS
-in məlumatına görə, 9-cu mikrorayon ərazisində, Zeytunluq adlanan yerdə tikilməkdə olan binaya bir nəfər çıxaraq özünü atmaq istəyir.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, təcili yardım həkimləri və xilasedicilər cəlb olunub. Xilasedicilər həmin şəxsi fikrindən daşındırmağa çalışırlar. FHN-dən BAKU.WS-ə verilən məlumata görə, intihara cəhd edən şəxs bir neçə gün əvvəl də eyni yerdə intihara cəhd edib. 

Xatırladaq ki, noyabrın 3-də də həmin binanın üstünə bir nəfər çıxaraq özünü atmaq istəyirdi. Həmin şəxsin tikilməkdə olan binanın sahiblərindən biri olduğu deyilirdi.

Ziya Səccad
BAKU.WS