SİZİN REKLAM BURADA!
055 213 76 73



Nyu-Yorkda avtobus terminalında partlayış baş verib.

BAKU.WS-in məlumatına görə, Partlayışdan sonra A, C və E terminalları boşaldılıb.

"Times Meydanı" yaxınlığındakı avtobus terminalında baş verən hadisə ilə bağlı rəsmi açıqlama da verilib.

Nyu-York Polis Departamenti partlayışın baş verdiyini, ancaq səbəbini hələlik müəyyən etmədiklərini bildirib. 

ABŞ mətbuatı isə bildirir ki, şübhəli şəxs artıq saxlanılıb. Hadisə nəticəsində yaralananlar var. 

Partlayış terror hücumu olub-olmadığı araşdırılır.

Şahin
BAKU.WS