SİZİN REKLAM BURADA!
055 213 76 73



Tovuzda məktəbdə yanğın qeydə alınıb.

BAKU.WS
Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Tovuz rayonu, Aşağı Quşçu kəndində ümumi sahəsi 693 m² olan ikimərtəbəli məktəb binasının çardağının yanar konstruksiyaları 80 m², 6 sinif otağının tavanı 120 m² sahədə və qapıları yanıb.

Yüksək temperaturdan digər otaqların tavanı 50 m² sahədə qarsalanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb. Yanğın saat 19:56-da yanğın bölmələri tərəfindən söndürülüb.

BAKU.WS